EN

Azərbaycanlı vəzifəli şəxs İstanbulda belə saxlanıldı

Xəbər verdiyimiz kimi Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında taksidə üzərində 70 kiloqram qızılla saxlanılan azərbaycanlının saxlanılma anının kadrları yayılıb.

XALQ.AZ məlumat verir ki,bu barədə görüntüləri “Anadolu Ajansı” paylaşıb.

Bildirilib ki, Türkiyə mətbuatında  azərbaycanlı diplomat kimi təqdim edilən şəxs qızıl qaçaqmalçılığı ilə bağlı ittiham olunur.

Bildiri ki, saxlanılan şəxs 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışmış Qəhrəman Məmmədov hazırda Səudiyyə Ərəbistanıda hərbi attaşe kimi fəaliyyət göstərir.

Azərbaycanın müvafiq dövlət qurumları məsələnin ciddiliyini nəzərə alaraq onu dərhal ölkəyə geri çağırıb və barəsində araşdırmalara başlayıb./Baku.ws

 

Chosen
17
xalq.az

1Sources