“Ayın qolu” layihəsi çərçivəsində oktyabr ayının ən yaxşı qolunun müəllifi olan “Səbail”in futbolçusu Samir Abdullayev mükafatlandırılıb.
"Football-plus.az" xəbər verir ki, ona Misli premyer-liqasının 14-cü turunda bu gün “Qarabağ”la görüşdən əvvəl mükafatlar təqdim olunub.
Mükafatları "ASCO Arena"da Peşəkar Futbol Liqasının Texniki-İdman direktoru Elgiz Abbasov təqdim edib.