Polşa fermerləri Ukrayna ilə sərhəddə yerləşən Medıka-Şeqini keçid məntəqəsini bağlayıblar.
Turkustan.az xəbər verir ki, Polşa fermerləri Ukrayna ilə sərhəddə yerləşən Medıka-Şegini keçid məntəqəsindən yük maşınlarının hərəkətini əngəlləməyə başlayıblar . Bu barədə şənbə günü, noyabrın 23-də Ukrayna Dövlət Gömrük Xidmətinin Telegram kanalında məlumat verilib.
“Polşa tərəfinin bildirdiyinə görə, bu gün, noyabrın 23-də Polşa tərəfindəki Medyka-Şegini keçid məntəqəsinin qarşısında yük maşınlarının hərəkəti dayandırılmağa başlayıb”, - deyə idarənin açıqlamasında bildirilir.
Gömrük xidmətinin məlumatına görə, Ukrayna ərazisinə yük daşımalarının saatda 1 yük avtomobili ilə məhdudlaşdırılacağı və Ukraynadan çıxarkən çəkisi 3,5 tondan çox olan yük avtomobillərinin hərəkətinin tamamilə dayandırılacağı açıqlanıb.
Aytən Yaşar/ Turkustan.az