EN

“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm”

“Çox təəssüf ki, Razi əməliyyata girəndə mənə heç kəs məlumat vermədi. O, biləndə ki, əməliyyata girməlidir ətrafındakılara xəbər edib. Anası da yanında olduğu üçün onunla olub. Hamı da instaqramda gördü ki, əməliyyat zamanı rəfiqələri və anası yanında olub”.

Publika.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında bir neçə gün əvvəl ana olan model Razi Əliyevanın ayrılmaq ərəfəsində olduğu həyat yoldaşı Nicat Əliyev deyib. Sualları cavablandıran Nicat övladının doğulmasından xəbərsiz olduğunu bildirib.:

“Uşaq doğulanda telefonuma tanımadığım nömrədən mesaj gəldi ki, oğlum olub və adı Mikayıldır, şüşəyə yerləşdirilib. Razi xanım vaxtından əvvəl doğuş edib. Həmin şəxs özünü uşağın dayəsi kimi təqdim etdi. Uşağımın adından belə xəbərim yox idi. Razinin uşağa hansı adı qoymaq istədiyini ortaq tanışlarımızdan eşitmişdim.

Doğuşun belə tez olması məni qorxutdu. Çünki körpə yanvarın sonunda dünyaya gəlməli idi. Xəbəri öyrənən kimi xəstəxanaya getdim və doğuşu edən həkimlə danışdım. Bildirdi ki, həmin gün səhər Razi diaqnostikaya gəlib və yoxlanışdan sonra məlum olub ki, onu dərhal əməliyyat etmək lazımdır. Ona görə də uşaq hamiləliyin 32-ci həftəsində dünyaya gəlib”.

Nicat əlavə edib ki, o, Razini görmək istəyəndə xəstəxana işçiləri imkan verməyib:

“Həkim dedi ki, Razi də özünə gəlib. Uşaq sağlam doğulub, amma bir neçə həftə orada qalmalıdır. Anam da nəvəsini görmək üçün xəstəxanaya yaxınlaşdı. Mən, anam və əllərində gül olan iki köməkçi palataya yaxınlaşmaq istəyəndə xəstəxana işçiləri qabağımızı kəsdi, dedilər ki, Razi məni nə palataya buraxmaq istəyir, nə də görmək. İşçilərə dedim ki, onun qanuni həyat yoldaşıyam, etdikləri qeyri-qanunidir. Bundan sonra onlar məcbur mənə içəri keçməyə icazə verdilər. Razi işarə etdi ki, məni görür, amma danışmaq istəmir. Anam da onun halını soruşdu, biz uşağı görməyə getdik. Uşaq şüşədə olduğu üçün onu ancaq aralıdan izləyə bildirk. Bundan sonra da Razi mənimlə ancaq dayə vasitəsi ilə əlaqə yaradıb”.

Nicat rəsmi boşanıb-boşanmamaları haqda da danışıb:

Chosen
20
13
publika.az

3Sources