EN

TFF prezidenti əcnəbi VAR hakimi ilə bağlı söz-söhbətlərə son qoydu

Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu qarşıdakı həftələrdə superliqa matçlarına əcnəbi VAR hakimlərinin dəvət olunacağı ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.

Xüsusilə dekabrın 7-də baş tutacaq ''Beşiktaş'' - ''Fənərbaxça'' derbisinə əcnəbi VAR hakiminin çağırılması gündəmdə idi. Amma federasiya başqanı bu şaiyələri qətiyyətli şəkildə təkzib edib. Hacıosmanoğlunun ''burda olduğum müddətdə bu ölkəyə əcnəbi hakim gəlməyəcək'' sözü diqqət çəkib:

''Ən son hakim seminarında bu məsələ yenidən müzakirə olundu. Orda da lazım olan sözləri deyərək fikirlərimi dilə gətirdim. Bu əcnəbi məsələsinin gündəmə gətirilməsi əslində hakimlərimizi narahat etməlidi. Belə baxanda gənc və çox istedadlı hakimlərimiz var. Mən bu vəzifədə olduğum müddətdə bu ölkəyə əcnəbi hakim gəlməyəcək! Lazımdısa, bu sözümü bir daha təkrar edə bilərəm. Klubların əcnəbi hakim istəməsi normaldı. Bu, onların haqqıdı. Ötən mövsüm bu praktikadan istifadə edilmişdi. Amma biz burda bəzi şeyləri düzəltməyə çalışırıq. Hər kəs də bizim səmimiyyətimizə inanır''.

ƏLİ
Chosen
27
football-plus.az

1Sources