EN

Beynəlxalq Forum direktoru ABŞ-ı iqlim sazişi ilə bağlı öhdəliklərindən yayınmağı dayandırmağa çağırdı

Image

ABŞ iqlim sazişi ilə bağlı öhdəliklərindən yayınmağı dayandırmalıdır. Trend-in məlumatına görə, bunu Qloballaşma üzrə Beynəlxalq Forumun direktoru Viktor Menotti COP29 çərçivəsində jurnalistlərə deyib.

"İndi Birləşmiş Ştatlar Paris Sazişindən çıxmağa, emissiya vədlərini yerinə yetirməmək və inkişaf etməkdə olan ölkələri maliyyə və texnologiya ilə təmin etməmək üçün öz maliyyə öhdəliklərindən yayınmağa çalışır. Bizim bəzi amerikalı danışıqlarçılarımız 30 ildir bu sahədədir və bizə lazımdır ki, onlar öz öhdəliklərindən yayınmağı dayandırsınlar və bu sahəni maliyyələşdirsinlər. Ona görə də biz onlardan tələb edirik: ya pul verin, ya da susun", - deyə o bildirib.





Chosen
48
2
baki-xeber.com

3Sources