Xəbər verdiyimiz kimi ötən gün İstanbulun Sarıyer rayonunda “Vadi İstanbul” ticarət mərkəzinin qarşısında diplomat olduğunu iddia edən Azərbaycan vətəndaşı üzərində 70 kq. qızılla saxlanılıb.
Bizim.Media xəbər verir ki, sözügedən şəxsin saxlanılmasını əks etdirən videogörüntülər yayılıb.
Görüntülər ərazidə olan müşahidə kameraları ilə lentə alınıb.
Qeyd edək ki, həmin şəxs bir müddət əvvəl Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb. Onun ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşe təyin olunduğu barədə məlumat yayılsa da, bu xəbər öz təsdiqini tapmayıb.
Bizim.Media