EN

Hakan Fidan HƏMAS Siyasi Bürosunun Qətərdən Türkiyəyə köçməsi iddialarını təkzib edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstinin HƏMAS Siyasi Bürosunun Qətərdən Türkiyəyə köçməsi ilə bağlı iddiaları təkzib edib.

Azpost.info xəbər verir ki, bu barədə nazir özü açıqlama verib.

“Biz artıq bu şayiələri təkzib etmişik. Qətər də bu cür iddiaları təkzib edib. HƏMAS Siyasi Bürosu Türkiyəyə köçməyib”, – Fidan qeyd edib.

Rəsmi Ankara əvvəllər dəfələrlə HƏMAS nümayəndələrinin Türkiyəyə vaxtaşırı səfər etdiyini , lakin hərəkatın Siyasi Bürosunun ölkəyə köçürülməsi ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını bildirib.

Daha əvvəl “Times of Israel” adı açıqlanmayan ərəb diplomatına istinadən xəbər vermişdi ki, Doha Qəzza danışıqlarında vasitəçiliyi dayandırdığını elan etdikdən sonra HƏMAS-ın yüksək rütbəli rəsmiləri Qətəri tərk edərək Türkiyəyə gediblər.

Azpost.info

Chosen
24
12
azpost.info

9Sources