EN

Prezidentin yüksək vəzifə verdiyi Xəyyam Məmmədov KİMDİR...

Prezident İlham Əliyevin sərəncamı ilə Xəyyam Məmmədov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin birinci müavini təyin edilib.

 

Modern.az yeni təyin edilən məmurun tərcümeyi-halını təqdim edir.

 

O, 1975-ci ildə Moskvada anadan olub, 1997-2019-cu illərdə bir neçə xarici investisiyalı şirkətlərin törəmə müəssisələrində müxtəlif vəzifələrdə, eləcə də Ədliyyə Nazirliyinin Aparatında aparıcı mütəxəssis, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatında şöbə müdiri kimi çalışıb.

 

2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini təyin edilib.

 

2021-ci ildə Prezidentin Sərəncamına əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Müşahidə Şurasının üzvü, 2022-ci ildə isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının üzvü təyin olunub.

 

Xəyyam Məmmədovun “Azərsığorta” ASC-nin Direktorlar Şurasının üzvü (16 iyul 2022-ci ildən) olub.

Chosen
3
22
modern.az

10Sources