Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti matçına çıxıb.
"Football-plus.az" xəbər verir ki, onun formasını geyindiyi "Arda" Plovdiv "Lokomotiv”ini qəbul edib.
16-ci tur çərçivəsində keçirilən qarşılaşma həmyerlimizin klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb. Hüseynov 89-cu dəqiqədə meydana daxil olub və 5 dəqiqə oynayıb.
Qeyd edək ki, ardıcıl 5-ci qələbəsini qazanan "Arda" turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Onların aktivində 30 xal var.