EN

İsrailin Qəzzaya etdiyi hücumlarda ölən jurnalistlərin sayı 189-a yüksəldi

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölən jurnalistlərin sayı 189-a yüksəlib.

Sitat.info xəbər verir ki, hökumətin verdiyi açıqlamada, 7 oktyabr 2023-cü ildən İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında öldürülən jurnalistlərlə bağlı məlumat verilib.

7 oktyabr 2023-cü il tarixindən bəri, İsrailin Qəzza zolağında fələstinlilərə qarşı soyqırıma başladığı zamandan həyatını itirən mətbuat mənsublarının sayı 189-a yüksəldi.

Bəyanatda İsrailin fələstinli jurnalistləri hədəfə alması, öldürməsi və qətlə yetirməsi şiddətlə pislənilib və "iyrənc" olaraq xarakterizə edilən bu cinayətə görə İsrail məsuliyyət daşıyıb.

Bəyanatda beynəlxalq ictimaiyyətə və dünyada jurnalistika ilə bağlı olan beynəlxalq təşkilatlara İsrailin törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmələrdə iddia qaldırması, soyqırım cinayəti və fələstinli jurnalistlərin qətl və sui-qəsdlərini dayandırması üçün təzyiq göstərməyə çağırılıb.

Nigar,

Sitat.info

Chosen
17
sitat.info

1Sources