EN

9 uşaqlı ana hər bürcdən uşaq sahibi olmaq istəyir

Çinli çoxuşaqlı ana Çin bürcünün hər ilində uşaq dünyaya gətirmək istəyir.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Çinin şərqindəki Çjetsian əyalətindən olan 33 yaşlı Tyan Dunsy həyat yoldaşı Çjao Vanlunla 2008-ci ildə tanış olub və iki il sonra onunla ailə qurub.

2010-cu ildə onların ilk övladı dünyaya gəlib. Daha sonra cütlüyün əkizləri də daxil olmaqla daha səkkiz övladı dünyaya gəlib. Onların kiçik oğlu 2022-ci ilin noyabrında dünyaya gəlib. Hazırda qadın 10-cu övladını dünyaya gətirməyə hazırlaşır.

“Tyan bildirir ki, onun bu qədər çox uşaq sahibi olmaq arzusu bütün 12 Çin bürcünü əhatə etmək istəyindən qaynaqlanır, çünki o, ərinin “yaxşı genlərini” israf etmək istəmir”, – deyə Çin mediası yazıb.

Cütlüyün beş oğlu və dörd qızı var, lakin onlar hələ də Öküz, Dovşan, İlan, At və Qoyun illərindən uşaq dünyaya gətirməyi planlaşdırırlar.

Chosen
18
1
yenicag.az

2Sources