Bu gün Avropa Cüdo Birliyinin (EJU) Macarıstanın paytaxtı Budapeştdə növbəti konqresi baş tutub.
İdman.biz xəbər verir ki, toplantıda EJU-ya prezident seçkisi keçirilib.
Qurumun hazırkı rəhbəri Laslo Tot növbəti dəfə quruma rəhbər seçilib. Laslo Totun EJU-ya başçılığı dövründə Azərbaycan Cüdo Federasiyası ilə EJU arasında əlaqələr daha da genişlənib. Ötən müddət ərzində Göygöldə iki dəfə yeniyetmələr arasında Avropa kuboku turniri baş tutub. Avropa kubokunun Azərbaycanda təşkili növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulub.
Dəfələrlə Azərbaycanda olan L. Tot ölkəmizdə cüdonun inkişafı ilə bağlı görülən işləri və bu istiqamətdə atılan addımları yüksək qiymətləndirib.
Qeyd edək ki, macarıstanlı mütəxəssis 2022-ci ildən EJU-ya başçılıq edir.
İdman.biz