"Beynəlxalq əhəmiyyətə malik COP tədbiri demək olar ki, artıq yekunlaşdı. Azərbaycan dünya tarixinə örnək şəkildə düşən bir tədbir həyata keçirdi. Şübhəsiz ki, bu tədbirdə dünyanın ən önəmli məsələləri müzakirə edildi. Bunlar bütün dövlətləri təhdid edən məsələlərdir. Çünki bu gün iqlim dəyişiklikləri ilə bağlı dünyada çox ciddi problemlər yaşanır. Təbii fəlakətlərin artması da bu məsələlərlə bağlıdır. Azərbaycan həqiqətən də bu məsələlərin müzakirəsini Bakıda mükəmməl şəkildə təşkil etdi".
Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Məhz bu tədbiri siyasiləşdirməyə çalışanlar oldu. Uşaqlara belə manipulyasiya edib Azərbaycan əleyhinə yönləndirməyə çalışdılar. Lakin onların planları baş tutmadı və COP29 Bakıda möhtəşəm şəkildə təşkil edildi".
Zeynəb Rzayeva
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31