EN

Livanda iki ev vurulub: birində 5 nəfərlik ailə "yox olub", digərində isə...

Bu gün İsrail ordusu Livanın şərqindəki Baalbek şəhərində bir evi bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi NNA məlumat yazıb.

Agentlik qeyd edib ki, İsrail döyüş təyyarələri Livanın şərqindəki Baalbek şəhərinin Şəmsitar qəsəbəsində yaşayış evinə bomba atıb: "Nəticədə evdə olan ana və 4 uşağı da daxil, 5 nəfərlik ailənin bütün üzvləri həyatını itirib".

Xəbərdə Nəbatiyə şəhərinin Rumin qəsəbəsində də bir evin belə vurulduğu deyilir: "Bu hücumda isə 5 nəfər ölüb, 3 nəfər yaralanıb".

Tahir Şəlvəli

MİA.AZ

Chosen
27
mia.az

1Sources