EN

Bu, Azərbaycanın qlobal oyunçuya çevirilməsinə imkan yaradacaq - Şərh

Azərbaycan müstəqilliyinin bərpasının ilk illərindən dünyada təkcə regional problemlərin deyil, eyni zamanda qlobal xarakterli problemlərin həllində çox mühüm rol oynayıb, qlobal problemlərə töhfə verən ölkə kimi tanınmaqda və qəbul edilməkdədir. 

Bunu Ölkə.Az-a açıqlamasında deputat Aydın Hüseynov deyib. Deputat bildirib ki, müstəqilliyimizin ilk illərində Ulu öndər Heydər Əliyevin yürütdüyü uğurlu enerji siyasəti təkcə Azərbaycanın davamlı inkişafını, təhlükəsizliyini təmin etmədi, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, o cümlədən Mərkəzi Asiyanın enerji resurslarının ölkəmiz üzərindən dünya bazarına çıxarılmasının şaxələndirilməsində xüsusi rol oynadı. "Prezident İlham Əliyevin liderliyi altında isə Azərbaycan təkcə regional əməkdaşlıq məsələlərində deyil, qlobal xarakterli məsələlərin həllində aktiv oyunşu rolunda çıxış etməyə başladı. Azərbaycan enerji və ya logistika sahəsi ilə yanaşı, qlobal humanitar məsələlərin, problemlərin həllinə ciddi töhfə verən ölkələr sırasında yer aldı. Məhz bunun nəticəsidir ki, Bakı dünyanın humanitar problemlərinin müzakirə edildiyi bir dialoq mərkəzinə çevrilib. Azərbaycanın COVID19 pandemiyası dövründə oynadığı rol isə hamıya bəllidir". - o vurğulayıb.

Deputat əlavə edib ki, İkinci Qarabağ müharibəsindən sonra bölgədə yeni reallıqlar yaradan Azərbaycanın qarşısında duran əsas hədəflərdən biri yaşıl dünyaya keçiddir: "Yaşıl dünyaya keçid isə cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini təşkil edir. "Yaşıl dünya naminə həmrəylik ili"ndə qlobal iqlim dəyişikliyinə qarşı mübarizə məqsədi ilə Azərbaycanın  sədrliyi ilə çox yüksək səviyyədə və uğurla baş tutan COP29-da bu istiqamətdə yürüdülən siyasətin tərkib hissəsi idi.   Hər zaman olduğu kimi bu dəfə də anti-Azərbaycan qüvvələrin  bütün təzyiqlərə sinə gərərək  COP29-u keçirib hədəflərinə nail olmaqla  qarayaxma kampaniyalarına həyata keçirənlərə layiqli cavabını vermiş oldu. Cənab Prezidentin yürütdüyü qətiyyətli, cəsarətli və hədəflərə xidmət edən siyasəti ilə anti-Azərbaycan güclərin bütün oyunlaırnı iflasa uğratmış oldu.

Azərbaycan bir daha dinindən, dilindən, milliyyətindən, irqindən asılı olmayaraq bütün planet sakinlərinin ədalətli şərtlər altında yaşamasının, iqlim dəyişikliyinin təsir və nəticələrinin aradan qaldırılmasına öz töhfəsini vermək istiqamətdində uğurlu bir addıma imza atdı. Bu Azərbaycan diplomatiyasının növbəti uğuru və qələbəsi idi. 

Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə söz sahibinin olmasının göstəricisi idi. 
Əgər 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə Cənubi Qafqazda dayanıqlı sülh, sabitlik, etibarlı təhlükəsizlik üçün əlverişli şərait yaratdısa, yaşıl dünyaya keçid isə daha geniş coğrafiyada yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün mühüm imkanlar yaradacaq. Azərbaycan yaşıl dünyaya keçidlə həm ölkəmizin gələcək inkişaf strategiyasına uyğun qarşıya qoyduğu hədəflərə nail olacaq, həm də qlobal iqlim böhranına öz töhfəsini verməklə nəticədə ciddi qlobal oyunçuya çevriləcək".

Mürtəza

Chosen
12
2
sabahinfo.az

3Sources