EN

Qərbin Azərbaycana qarşı apardığı təzyiq kampaniyaları heç bir nəticə vermədi

Azərbaycanın həyata keçirdiyi müstəqil siyasəti Qərb həzm edə bilmir. Ona görə də COP29 ərəfəsində ABŞ-dan və Avropanın bir neçə dövlətindən Azərbaycana qarşı qeyri obyektiv, qərəzli, qarayaxma kampaniyalarına start verildi. Ölkəmizə qarşı sifarişli qətnamələr qəbul olundu və COP29-un Azərbaycanda keçirilməsini pozmaq üçün boykot etmək adı ilə beynəlxalq ictimaiyyətə çağırışlar səsləndirildi. O cümlədən Bayden administrasiyası dörd ildə həyata keçirdiyi yarıtmaz fəaliyyətini ört-basdır etmək üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini COP29-a qədər Vaşinqtonda imzalanması üçün cəhdlər etdi. Dövlət başçımıza zənglər olundu və Azərbaycanı yarımçıq sülhə məcbur etməyə çalışdılar. Dövlət başçımızın mövqeyi dəyişilməz oldu və bizə yarımçıq sülhün lazım olmadığını açıq şəkildə bildirildi.

Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, ABŞ və Qərb dairələri Bakıda həbsdə olan hərbi cinayətkarları azad edilməsi üçün ölkəmizə siyasi təzyiq üsullarından istifadə etdi. O cümlədən Qərbi Azərbaycandan deportasiya olunmuş, 300 minə yaxın azərbaycanlının öz doğma yurdlarında yaşamaq hüquqlarını nəzərə almadan, Qarabağdan könüllü şəkildə çıxmış ermənilərin geri qaytarılmasına nail olmaqla, Azərbaycan ərazisində yenidən separatçılığın yuvasını salmağa çalışdılar. O cümlədən Ermənistanı silahlandırmaqla regionumuzu yenidən müharibə ocağına çevirmək üçün çalışdılar. Qərb ölkəmizə qarşı siyasi təzyiq altına əl atmaqla COP29-la bağlı təklif etdiyimiz iqlim maliyyəsi ilə öhdəliklərindən yayındılar. Belə ki, Qərbdən 1 trilyon dollar iqlim maliyyəsi tələb olunduğu halda, 250 milyardlıq bir rəqəmlə tədbirin son günündə ortaya çıxdılar. Halbuki iqlim dəyişikliklərinin sürətlənməsinə ən çox təsir göstərən Qərb ölkələridir. Bu baxımdan Qərbin iqlim maliyyəsindən boyun qaçırması onların dünyanın gələcəyinə biganə yanaşdığını göstəricisidir.

Azər Badamov vurğulayıb ki, Qərbin Azərbaycana qarşı apardıqları təzyiq kampaniyaları heç bir nəticə vermədi. Azərbaycan nə yarımçıq sülhə razılaşmadı, nə də ki, Bakıda COP29-un keçirilməsini dayandırmadı. Əksinə, Azərbaycan COP29-u çox yüksək səviyyədə keçirməklə yeni bir uğura imza atdı. Bu, Azərbaycan dövlət başçısının uzaqgörən siyasəti və bütün addımların doğru və zamanında atılmasının göstəricisidir. Biz regiona  dayanıqlı sülhün və əməkdaşlığın gəlməsinin tərəfdarıyıq. Amma bunun üçün digər tərəflərdə hərəkətlərində səmimi olmalı və beynəlxalq hüququ öz maraqlarından üstün tutmalıdırlar.

Səbinə Kazımova, "İki sahil"

Chosen
24
ikisahil.az

1Sources