"4-cü sinifdÉ™ ÅžuÅŸada oxuyanda dÉ™hlizdÉ™ güzgü var idi, ona baxdım. "Bobbi" filmini izlÉ™miÅŸdim. VÉ™ güzgüyÉ™ baxıb dedim ki, "MÉ™n É™n tanınmış olacaÄŸam". Sanki bir anlıq alqış sÉ™slÉ™ri eÅŸitdim".Â
SeherXeber.org xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova "Sabahın xeyir, Azərbaycan" verilişinə açıqlamasında deyib. O, karyerasının ilk illərində həmin dövrün aktrisalarından birinin ona mane olmaq istədiyini deyib. F.Mütəllimova həmin aktrisanın adını açıqlamayıb:
"Universitetə qəbul olmuşdum. Evə qayıdanda gördüm ki, anam ağlayır. Elə bildim sevinc göz yaşlarıdır. Sən demə istəmirmiş. O, məni ağ xalatda görmək istəyirdi. Universitetdə olanda səhnəyə baxırdım, o bizim üçün çox müqəddəs idi. Düşünürdüm ki, İlahi, görəsən mən də o səhnədə çıxış edəcəyəm?
3-cü kursda mənə tamaşalardan birindən dəvət gəlmişdi. Amma o vaxtkı aktrisalardan biri buna mane oldu. O, istəmədi ki, mən "Sevil" tamaşasında rol oynayım. Amma mən Tofiq Kazımovun (mərhum Xalq artisti, rejissor - red.) yaddaşında qaldım ki, belə bir qız var.
Teatr canlı sənətdir. Orada başqa bir maqnit qüvvəsi var. Məsələn 2 filmə gedəndə, 3-cüsünə getməmişəm. Çünki teatrda işimiz çox olurdu və kinoya çəkilməyə vaxtımız olmurdu".(Axşam.az)