EN

Politico: Çin iqlim siyasəti yarışında ABŞ və Aİ-ni üstələyir

Çin iqlim mühafizəsi siyasətində ABŞ və Avropa İttifaqını qabaqlayaraq liderlik yarışını qazanıb və təmiz texnologiyalar sahəsində dominantlı əldə edərək inkişaf etməkdə olan ölkələr arasında təsirini gücləndirib.

Azreform.info xəbər verir ki, bu barədə "Politico" nəşrinin dərc etdiyi məqalədə deyilir.

Nəşrə görə, Çin rəhbərliyi onilliklər boyu təmiz enerji istehsalında dünya dominantlığına nail olmaq üçün səy göstərib:

"Çin heç vaxt ABŞ və Aİ-nin əmək və ətraf mühit zəmanətləri kimi tələblər qoymayıb. Bu isə Pekinə Afrika, Asiya və Latın Amerikası hökumətləri ilə işgüzar ittifaqlar qurmağa imkan verib".

Nəşrin məlumatına görə, təkcə 2023-cü ildən Çin şirkətləri xaricdə təmiz texnologiyalara 100 milyard dollardan çox sərmayə qoyub. Çin xüsusilə Afrikada fəaldır və 2021-ci ildən indiyədək qitədə günəş enerjisi layihələrinin maliyyələşdirilməsi üzrə 55 sövdələşmədən 51-ni bağlamağa nail olub.

Qeyd olunur ki, inkişaf etməkdə olan ölkələr hazırda Avropa və ABŞ ilə ticarət münasibətləri ilə bağlı mübahisələrdə daha çox Çinin tərəfini tuturlar.

"Çin iqlim dəyişikliyi probleminin həllinə töhfə verib", - nəşr ətraf mühitin mühafizəsi nazirinin birinci müavini Çjao Yinminin sözlərindən sitat gətirib.

Məqalə müəllifləri, həmçinin etiraf ediblər ki, Brüssel və Vaşinqtonun Pekinlə rəqabət aparmaq üçün vəsaiti çatmır.

"Çinlilərlə müqayisədə biz həqiqətən də Afrikada və Latın Amerikasının bəzi hissələrində kənarda qalmışıq", - ABŞ-nin keçmiş iqlim dəyişikliyi üzrə səfiri Todd Stern bildirib.

Bununla yanaşı, Politico qeyd edib ki, ÇXR-in ABŞ və Aİ üzərində üstünlüyü elə səviyyəyə çatıb ki, Pekin onları təmiz texnologiyalar sahəsində rəqib hesab etmir.

Chosen
35
8
azreform.info

9Sources