Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
\"Fransanın xarici işlər naziri Jan-Noel Barronun Rusiya ərazisinə uzaqmənzilli raketlərin atılmasına icazə verilməsi ilə bağlı açıqlamaları Ukraynaya dəstək deyil, onu məhv etmək xarakteri daşıyır\", - diplomat vurğulayıb.
Qeyd edək ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro BBC-yə müsahibəsində bildirib ki, Parisin Rusiyaya qarşı uzaqmənzilli raket zərbələri \"özünümüdafiə məntiqi ilə” həyata keçirilə bilər. Nazir Fransa qoşunlarının Ukraynaya göndərilməsini də istisna etməyib.
///report