EN

Trampın Ukrayna ilə bağlı mövqeyini dəyişə biləcəyinin səbəbləri...

...ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Ukrayna məsələsində ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı vəziyyəti təkrar etməyəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Avropa Şurasının yeni rəhbəri (dekabrın 1-də vəzifəsinin icrasına başlayacaq) Antonio Kosta təklif edib.

Bu barədə Financial Times yazır.

...Antonio Kostanın 63 yaşı var. 2007-2015-ci illərdə o, Lissabonun meri olub, daha sonra 2024-cü ilin aprelinə qədər üç müddətə Portuqaliya hökumətinə rəhbərlik edib.

Siyasətçi qeyd edib ki, o, Trampın Rusiya-Ukrayna münaqişəsinə “24 saat ərzində iki zənglə” son qoymaqla bağlı seçki vədini necə yerinə yetirmək niyyətində olduğunu bilmək istərdi.

Onun sözlərinə görə, o, Ukraynadakı böhranı diplomatik üsullarla, lakin ədalətli, davamlı, uzunmüddətli sülhün hökm sürdüyü şəkildə həll etmək istəyir.

Avropa İttifaqı bir çox problemlərlə üzləşir, bunun fonunda “iqtisadi rəqabət qabiliyyətini əsaslı şəkildə dəyişdirmək”, Avropada sülhü təmin etmək üçün Kiyevi dəstəkləmək və ABŞ ilə münasibətləri yaxşılaşdırmaq lazımdır”.

Kostonun sözləridir.

Əli Babayev

Chosen
18
sia.az

1Sources