Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bilavasitə xarici əlaqələri həyata keçirən əsas orqandır və 2001-ci ilin iyunun 8-də qəbul olunmuş “diplomatik xidmət haqqında’’ Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının vahid sisteminə xidmət edir. Azərbaycan Respublikasının Prezidentinin 1992-ci il 9 aprel tarixli 660 saylı Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi haqqında’’ əsasnamədə göstərilir ki, “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsi, Azərbaycan Respublikasının xarici əlaqələr sahəsində işinin təşkili və vəziyyəti üçün məsuliyyət daşıyır’’. Xarici nümayəndəliyin yerləşdiyi ölkənin müxtəlif idarələri ilə əlaqələrinin bütün ölkələrdə mövcud olan ümumi qaydaları əsasən bunlardır; xarici dövlətin hər bir nümayəndəliyi müvafiq idarələrlə bütün məsələlər üzrə əlaqələrini Xarici İşlər Nazirliyi vasitəsilə həyata keçirir. Fikrimcə, Xarici İşlər Nazirliyinin yaranması Azərbaycanın dövlətçilik tarixində müstəqilliyimizin təməl prinsiplərini formalaşmışdır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin əsası qoyulandan bu günə qədər Azərbaycan diplomatiyasının keçdiyi müxtəlif mərhələlər, beynəlxalq münasibətlərdə oynadığı rollar ölkənin qorunması üçün həlledici olmuşdur. Əvvəlcə Azərbaycan Xalq Cümhuriyyəti dövründə itirdiyi müstəqilliyini yenidən bərpa edərək beynəlxalq səviyyədə nailiyyətlərə imza atmışdır. Xarici İşlər Nazirliyi Azərbaycan Xalq Cümhuriyyət dövründə – 1918-ci il 28 may tarixində müstəqilliyinin elan edilməsi ilə yaradıldı. Xarici İşlər Nazirliyinin yaranmasının tarixdə mühüm əhəmiyyətləri olmuşdur. Azərbaycan müstəqil bir dövlət kimi tanınmaq üçün dünya birliyi ilə əlaqələr qurmalı idi. Diplomatik əlaqələr yaradılaraq, qonşu və dost ölkələrlə əlaqələr qurulmuşdur. Atılan bu addımlar Azərbaycanın beynəlxalq birliyinin bir hissəsi kimi qəbul olunmasını təmin etdi. 1919-cu ildə Paris Sülh Konfransına qatılaraq müstəqilliyini tanıtmaq üçün tarixi bir addım atdı. Azərbaycan nümayəndələri Paris Sülh Konfransında iştirak etməsi nəticəsində ölkənin müstəqilliyini təsdiqlətmişlər. Bakının zəngin neft resursları dünya dövlətlərinin diqqət mərkəzində idi və Xarici İşlər Nazirliyi vasitəsilə bu təmin olunmağa çalışılmışdır. 1991-ci ildə müstəqillik bərpa edidikdən sonra Xarici İşlər Nazirliyi yenidən fəaliyyətə başlamış və Azərbaycanın dünya birliyində mühüm rol oynayıb. Müstəqilliyin ilk illərində Xarici İşlər Nazirliyinin vacib məsələsi Qarabağ məsələsi ilə bağlı Azərbaycanın mövqeyini beynəlxalq səviyyədə müdafiə etmək idi. Azərbaycanın beynəlxalq təşkilatlara üzv olması Xarici İşlər Nazirliyinin əsas nailiyyətlərindən biri oldu. 1992-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv oldu. Daha sonra Avropa Şurası, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatına daxil olaraq beynəlxalq sistemdə öz yerini möhkəmləndirdi. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin hazırlanmasında Xarici İşlər Nazirliyi mühüm vasitəçi rolunu oynadı. Bu gün Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir. Xarici İşlər Nazirliyi işğaldan azad edilmiş ərazilərin beynəlxalq səviyyədə tanıdılması üçün mühüm addımlar atır. Azərbaycan inkişaf etməkdə olan ölkələrin maraqlarını irəli sürməklə beynəlxalq nüfuzunu artırdı. Azərbaycanın xarici siyasətində Xarici İşlər Nazirliyinin mühüm rolu milli maraqların müdafiəsi və ərazi bütövlüyünün təmin edilməsidir. Qarabağ münaqişəsinin həlli və işğaldan azad edilmiş ərazilərdə yenidənqurma prosesinin dəstəklənməsi Xarici İşlər Nazirliyinin əsas istiqamətlərindən biridir. Hesab edirəm ki, Vətən Müharibəsindən sonra Azərbaycanın beynəlxalq səviyyədə inkişafı birbaşa Xarici İşlər Nazirliyinin fəaliyyətinin nəticəsidir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müasir dövrün diplomatik fəaliyyətinin əsas qüvvəsidir. Bu beynəlxalq münasibətlərdə Azərbaycanın Xarici İşlər Nazirliyi ölkəmizin strateji maraqlarını qorumaq və beynəlxalq aləmdə müstəqil mövqeyini gücləndirmək üçün əvəzsiz rol oynayır. Xarici İşlər Nazirliyinin müasir dövrdə Azərbaycanın inkişafına verdiyi töhfələrdən biri də diplomatiyanın tətbiqi ilə əlaqədardır. Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın əldə etdiyi uğurlar diplomatik səylərin mühüm nəticəsidir. Xarici İşlər Nazirliyi yalnız siyasi diplomatiya sahəsində deyil, həm də iqtisadi və mədəni diplomatiyada mühüm irəliləyişlərə nail olur. Diplomatik uğurların arxasında Xarici İşlər Nazirliyinin peşəkarlığı, həmçinin çevik idarəetmə dayanır. Nazirlik gənc diplomatların hazırlanmasına xüsusi diqqət ayırır. Azərbaycanın Xarici İşlər Nazirliyinin gələcək rolu ölkədə beynəlxalq sistemdə davamlı olaraq nüfuzunu artırmaqdan ibarətdir.
Beləliklə, Azərbaycanın Xarici İşlər Nazirliyi müasir dövrdə diplomatiyaya töhfə verən subyekt kimi çıxış edir. Fəaliyyəti ölkəmizin beynəlxalq əlaqələrdə hörmətli və güclü bir tərəfdaş kimi möhkəmləndirilməsində böyük əhəmiyyət daşıyır. Azərbaycan dövlətinin hər bir diplomatik uğuru bu qurumun strateji düşüncəsinin nəticəsidir. Gələcəkdə Xarici İşlər Nazirliyi Azərbaycanda daha güclü və uğurlu bir ölkə kimi tanınmasına xidmət etməyə davam edəcəkdir. Bu qurumun fəaliyyəti nəticəsində Azərbaycan dünya birliyi ilə əlaqələrini möhkəmləndirmiş və ən əsası gələcək inkişafını təmin etməyi bacarmışdır.
Arzu Ağayeva,
Azərbaycan Universiteti – “Beynəlxalq münasibətlər” fakültəsinin tələbəsi