EN

Türkiyənin xarici işlər naziri Lavrovla telefon danışığı aparıb

...Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti mənbəyə istinadən xəbər verir.

Söhbət noyabrın 23-də, şənbə günü olub. Nazirlər ölkələr arasında ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin İraqın baş naziri Məhəmməd Sudani ilə telefon danışığı aparıb. Danışıqlar zamanı tərəflər regionda misli görünməmiş gərginliyin artması fonunda Yaxın Şərq məsələlərinə toxunublar.

Əli Babayev

Chosen
32
sia.az

1Sources