Ukrayna ilə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında mühüm danışıqlar onun andiçmə mərasimindən sonra mümkün olacaq. Lakin dəqiq tarix hələ müəyyən edilməyib.
SİA “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
...Görüşlərin nə vaxt olacağını bilmirəm, tarixlərim yoxdur... bu, çox şeydən asılıdır – təkcə cədvəllərdən deyil, həm də müvafiq görüşlərin keçirilməsinin legitimliyindən. Əgər bəzi məsələlərin həll olunduğu görüşlər istəyiriksə, bunun üçün müvafiq qanunvericilik imkanları olmalıdır, andiçmə mərasimi keçib, - deyə Zelenski qeyd edib.
O, komanda səviyyəsində danışıqlar prosesinin davam etdiyini qeyd edib və vurğulayıb ki, indi bir çox qüvvələr Kiyev və Vaşinqton arasında möhkəm müttəfiqliyin qarşısını almağa çalışır.
Əli Babayev