EN

Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasının yüksək səviyyəli təşkilinə görə Azərbaycana rəsmi təşəkkür elan edilməsi barədə qətnamə layihəsi qəbul olunub.
BUTA.TV xəbər verir ki, COP29-un prezidenti Muxtar Babayev layihəni səsverməyə çıxarmağı təklif edib. Nəticədə qətnamə layihəsi təsdiq edilib.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar sessiyası keçirilir.

Chosen
13
37
buta.tv

10Sources