“İnter Mayami”dən ayrılan argentinalı mütəxəssis Xerardo Martino MLS-də Lionel Messi ilə işləmək təcrübəsini uğurlu hesab edir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Martino bunun Messi ilə ən yaxşı əməkdaşlığının olduğunu düşünür:
“Düşünürəm ki, bu, Messi ilə ən yaxşı əməkdaşlığım idi. “Barselona” və Argentina millisindən daha yaxşı.
İndi Leo karyerasının daha az gərgin mərhələsindədir, lakin bu il yarım çox hadisələrlə keçdi. Böyük təcrübə oldu”.
Argentinalı mütəxəssisin yolları daha əvvəl “Barselona”da (2013-2014) və Argentina millisində (2014-2016) Messi ilə kəsişib. Onların hər ikisi 2023-cü ilin yayında “İnter Mayami”yə gəlib.
Amerika klubu 2024-cü ili MLS-in müntəzəm mövsümünün qalibi kimi başa vurub və eyni zamanda, toplanan xallara görə liqa rekordu qırıb. Pley-offda işlər yaxşı getməyib və onlar ilk mərhələdə mübarizədən kənarlaşdırılıblar.