EN

Samir Abasov: “Küçədən gələn məşqçi də deyil, Avropa çempionudur”

Misli Premyer Liqasının XIV turunun "Neftçi" - "Zirə" matçından (2:1) sonra "ağ-qaralar"ın baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.

"Futbolçularımı təbrik edirəm. Oyundan yaxşı əhval-ruhiyyə ilə çıxırıq. Ciddi və yaxşı rəqibə qarşı oynadıq. Oyunun içində də bizə əziyyət verdilər. Qələbələrə elə ehtiyacımız var ki, çox sevindik".

- Milli komanda neçə gündür ki, müzakirə olunur. Qapıda Mehdi Cənnətov yox, Rza Cəfərovun dayanması çox müzakirə edildi. Son məğlubiyyətdən sonra Fernandu Santuşun əvəz olumması ilə bağlı fikirlər səsləndirilir. Bu haqda fikirləriniz?

- İsveçlə görüşdə meydanda Rza Cəfərov start heyətində idi. Çox üzüldük məğlubiyyətə görə. Bir neçə il bundan qabaq mən də millinin üzvü olmuşam. Belə məğlubiyyətlər bizim də başımıza gəlib. Nələr yaşamışamsa, aşağı-yuxar bilirəm o futbolçular nə çəkir. Bu, bizim millidir. Hamımız səmimi qəlbdən üzüləcəyik. Udacağıqsa, hamımız səmimi olaraq sevinəcəyik. Belə olmalıdır. İstəmərəm ki, millidən qayıdan futbolçularım "suyu süzülmüş" gəlsinlər, bu, mənim də oyunuma təsir etsin. Xalqımız adına da üzücüdür. Keçmiş olsun. Futbolçulara uğurlar olsun. İnanıram ki, yaxşı işlər görüləcək. Bir baş məşqçi digər baş məşqçi haqda necə danışmalıdır? Nəyə bağlayaq onu? Bu gün həmin məşqçini millimizə gətiriblərsə, müqavilə imzalayıb... Küçədən gələn məşqçi də deyil, Avropa çempionudur. Namizədləri gözdən keçirsəydik, Santuşun adını birinci deyərdik. Ən azından təcrübəsinə görə. Azərbaycanlı da olsa, məşqçi haqda danışmaq istəmirəm. Etikadan kənardır.

- Millinin oyunundan sonra ən çox təndiq olunan Ramil Şeydayev idi. İsveçlə oyundan sonra psixoloji sarsıntı keçirən Rza Cəfərov idi. Onları oyuna necə köklədiz?

- Digərlərində görməyə bilərik. Amma demək olmaz ki, digərləri üzülmədi. Orada olan tərcüməçi, Vüqar bizdə işləyir. O da danışır bizə, nə qədər üzülüblər. Kökləmək çox çətin idi. Bu məğlubiyyətdən sonra birə-beş işimiz artır. Futboldur. Futbolçunun həyatında belə məğlubiyyətlər olacaq.

- Növbəti turda "Qarabağ"la oynayacaqsız. Qələbə "Neftçi"ni yenidən liqaya qaytara bilər?

- Bu gün çətin işə başlamışıq. Millidən danışırıqsa, belə şeylər bizim də başımıza gələ bilər. Mənim dövrümdə biz tam formalaşmış komanda deyilik. Çox işləməliyik. Adımızı qaytarmaq üçün futbolçularla çox işləməliyik. "Qarabağ"la oyun gələn həftədir. Hazırlaşacağıq. Azarkeşlər bizi bu gün necə dəstəklədilərsə, o oyunda da dəstəkləyəcəklər. Onlar üçün də həmin oyun necə vacibdir. Bundan çətin oyunlar olacaq. 

- Bugünkü qələbədə əsas pay istək idi, yoxsa artıq istədiyiniz oyun sistemində idi?

- Faiz dərəcəsi ilə götürsək, istək öndə idi. Futbolçular da bir-birinə motivasiya verirdi. Hansısa oyunu otuzdurmağımızdan danışmaq reallıqdan uzaqdır. Faiz dərəcəsi ilə götürsək, bəlkə də 10 faizdəyik... Daha dinamik, oyuna diqtə edən tərəf olmalıyıq. Bu istək olmasa, işləyə bilməyəcəyik. Qələbənin açarı istək idi. Hansı ki, bu vaxta kimi də bunun əziyətini çəkirdik.

Samir Abdullayev mükafatlandırılıb

“Qarabağ”dan inamlı qələbə - YENİLƏNİB

Cəlal oynadı, komandası qələbə qazandı

Orxan Məmmədov “Avropa Biznes Kuboku”nun qalibləri ilə görüşüb

AFFA nümayəndəsinə UEFA-dan təyinat

Chosen
1
5
apasport.az

6Sources