EN

Ukraynanın gələn il müharibəni bitirmək üçün hər şansı var- Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukraynanın gələn il müharibəni bitirmək üçün hər şansı var. Ancaq əvvəlcə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müharibəyə son qoymaq üçün hansı təklifləri olduğunu öyrənmək lazımdır. Bu barədə "İnterfaks-Ukrayna” məlumat yayıb.

Zelenskinin sözlərinə görə, onun belə bir imkanı yanvarda olacaq.

"Biz açığıq, bir daha deyəcəyəm və yeri gəlmişkən, Afrika ölkələrinin, Asiya ölkələrinin, ərəb ölkələrinin rəhbərlərinə... Biz onların təkliflərini görməyə hazırıq. Mən Amerika Birləşmiş Ştatlarının yeni prezidentinin də təkliflərini görmək istərdim. Düşünürəm ki, biz bu təklifləri yanvarda görəcəyik”, - deyə Zelenski bildirib.

O əlavə edib ki, bundan sonra Ukraynanın yəqin ki, Rusiya ilə müharibəni bitirmək planı olacaq.
 
Gülnar

www.anews.az
Chosen
12
4
anews.az

10Sources