EN

Samir Abasov: "İstək olmasa, işləyə bilməyəcəyik"

"Ciddi və yaxşı rəqibə qarşı oynadıq. Oyunun içində də bizə əziyyət verdilər. Qələbələrə elə ehtiyacımız var ki, çox sevindik".

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 14-cü turunda "Zirə" ilə görüşdə komandasının meydanda daha istəkli olduğunu bildirib: "Futbolçular da bir-birinə motivasiya verirdi. Hansısa oyunu otuzdurmağımızdan danışmaq reallıqdan uzaqdır. Faiz dərəcəsi ilə götürsək, bəlkə də 10 faizdəyik. Daha dinamik, oyuna diqtə edən tərəf olmalıyıq. Bu istək olmasa, işləyə bilməyəcəyik. Qələbənin açarı istək idi. Hansı ki, bu vaxta kimi bunun belə, əziyətini çəkirdik".

Samir Abbasov Azərbaycan yığmanın İsveçə 0:6 hesablı məğlubiyyətinə də toxunub: "İsveçlə görüşdə Rza Cəfərov start heyətində idi. Çox üzüldük məğlubiyyətə görə. Bir neçə il bundan qabaq mən də millinin üzvü olmuşam. Belə məğlubiyyətlər bizim də başımıza gəlib. Nə yaşamışamsa, aşağı-yuxarı bilirəm o futbolçular nə çəkir. Bu, bizim millidir. Hamımız səmimi qəlbdən üzüləcəyik. Udacağıqsa, hamımız səmimi olaraq sevinəcəyik. Belə olmalıdır. İstəmərəm ki, millidən qayıdan futbolçum suyu süzülmüş halda gəlsin. Xalqımız adına da üzücüdür. Keçmiş olsun. Futbolçulara uğurlar arzulayıram. İnanıram ki, yaxşı işlər görüləcək. Bir baş məşqçi digər baş məşqçi haqda necə danışmalıdır? Bu gün həmin məşqçini millimizə gətiriblərsə, müqavilə imzalayıblarsa... Küçədən gələn məşqçi də deyil, Avropa çempionudur. Namizədləri gözdən keçirsəydik, Santuşun adını birinci deyərdik. Ən azından təcrübəsinə görə. Azərbaycanlı da olsa, məşqçi haqda danışmaq istəmirəm. Etikadan kənardır".

Qeyd edək ki, "Neftçi" "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib.

İdman.biz

Chosen
24
5
idman.biz

6Sources