EN

"Futbolumuzu daha yaxşı səviyyəyə çıxaracağıq" - Rəşad Sadıqov

style='margin-bottom:10px;'>

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Neftçi"yə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib.

QOL.az xəbər verir ki, o, əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb: "Maraqlı oyunun şahidi olduq. Hər iki komanda sürətli, dinamik oynamağa çalışırdı. Möhtəşəm stadion, ot örtüyü, əlverişli hava şəraiti, düşünürəm, oyunun maraqlı olmasına təsir etdi. Demək olar ki, oyun ərzində nəzarət bizdə idi. İlk dəqiqələrdən çalışdıq ki, üstün tərəf biz olaq. 60-70-ci dəqiqələr arası üstünlüyü əldən verdik. Rəqib topa daha çox nəzarət etməyə başladı. Biz də həmin dəqiqələrdə həmlələr hazırlayırdıq. Təəssüf ki, çatmadıq. O dəqiqələrdə qol buraxdıq. 

İkinci hissədə qapımıza bir zərbə endirildi. O da qolla nəticələnib. Bu il qapımızda yaradılan 3 epizoddan ikisi qol olur. Belə olanda qalib gəlmək çox çətinləşir. Ümumən götürsək, komandamın oyunundan razı qaldım. "Neftçi"ni təbrik edirəm. Onlar da istəkli idilər, qələbə qazanmağa çalışırdılar. Meydanda keyfiyyətli futbol var idi.

Mütəxəssis oyundan sonra azarkeşlərin kapitan Qismət Alıyevi yanlarına çağırmasına münasibətini bildirib: "Azarkeşlərimizlə uzun illərdir ki, çiyin-çiyinə yol qət edirik. Mənim dövrümdəki uğurları da birlikdə qazanmışıq. Bilmirəm aralarında nə söhbət olub. Azarkeşdir, həmişə motivasiyasını, ya iradını bildirə bilər. Yaxşı, çətin günlərimizdə yanımızda olurlar. Bunu normal qarşılayıram".

R. Sadıqov "yaydakı "Zirə" ilə indiki "Zirə" arasında fərq nədir?" sualına belə cavab verib: "Bu sual hər məğlubiyyətdən sonra verilir. Üst-üstə məğlubiyyətlərimiz var. Uduzduğumuz oyunların əksəriyyətində qalib gəlməyə yaxın olan biz idi, ya da məğlubiyyətə layiq deyil idik. Çox təhlil edirik. Bugünkü oyuna irad bildirə bilmərəm. "Neftçi" kimi komanda ilə səfərdə baxımlı futbol oynadıq. Sadəcə olaraq, yayla müqayisədə sanki hər şey uğursuz alınır. Bizim qol epizodlarımız zamanı uğursuzluqlar olur. Ya da rəqibin qapımızda yaratdığı epizodlarda. 

Bugünkü oyunla keçənilki "Zirə"ni müqayisə etsək, bugünkü "Zirə" daha yaxşıdır, inkişaf etmiş komandadır. Müəyyən detallar var oyunumuzda, onları dəyişdirmək istəyirik. Daha hücumameyilli oyun oynamağa çalışırıq. Əsas faktor onu qeyd edərdim. Hətta meydana buraxdığımız 3 mərkəz yarımmüdafiəçi hücumameyilli idilər. Düşünürəm, böyümək üçün, gələcəkdə stabil uğurlar əldə etmək üçün, bunu mütləq etməliyik. Keçid etmək asan deyil. Asanlıqdan da əlavə, sadəcə nəticəni əldə edə bilmirik. İnanıram ki, oyunumuzu oturtsaq, hücumda da daha dəqiq olsaq, xallarımızı toplayacağıq. Sonda da məqsədimizə çata biləcəyik".

O, millinin nəticələrindən də söz açıb: "Nəticələrə görə hamımız məyusuq. Fərqi yoxdur baş məşqçi kimdir. Bu haqda ətraflı danışmaq istəmirəm. Millimizə uğurlar arzulayıram. İnanıram ki, gələcəkdə daha yaxşı nəticələr olacaq. Görülən işlərə görə inanıram, güvənirəm. Futbolumuzu daha yaxşı səviyyəyə çıxaracağıq. Detallara varmaq istəmirəm, həmdə düşünürəm, yeri deyil indi. Bu mövzular çox geniş, ətraflı danışılacaq mövzulardır. İki-üç sözlə fikrimizi ifadə etmək düzgün deyil".

Mütəxəssis legioner limitinin oyunlarına təsirindən də danışıb: "Son dövrdə yerli futbolçularla bağlı sıxıntılarımız oldu. "Qarabağ"la oyunda 4 futbolçumuz birdən zədələndi. Qismət Alıyev 2-3 günlük məşqlə meydana çıxmışdı. Məqsəd İsayev, Rüstəm Əhmədzadəni də itirmişik. Konfrans Liqasında DAK-la səfər matçında 5 yerli ilə oynayırdıq. Orada rahat oynayıb, sonra 5 legioner buraxa bilərsən meydana. Çempionatda isə heyəti necə formalaşdırasan, əvəzetmələri necə edəsən ki, istədiyin keyfiyyəti ala biləsən. Bir çox matçlarda vacib dəqiqələrdə 6 yerli futbolçu ilə oynamışıq. İstədiyin anda hamısını meydana buraxa bilmirsən ki, sonradan əvəzetmələrdə sıxıntı yaşamayasan.

Chosen
3
3
teleqraf.com

4Sources