Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü" Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, təmsilçimizin komandası Ankara derbisində uduzub.
"Gənclərbirliyi"nin ev sahibi olduğu oyunun taleyini 1 qol həll edib. Fasilədən sonra meydan sahibləri qələbə topunun müəllifi olub. Zədəsini yeni sağaldan Renatın və gənc Həsən Nəzərlinin adı iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ankaragücü" 13 oyundan sonra 19 xalla 7-ci pillədə qərarlaşıb.
Ä°dman.biz