EN

Bu şəxslərin vaxtı keçmiş kreditləri SİLİNDİ


Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi əməliyyatın iştirakçıları və onların həyat yoldaşları üçün vaxtı keçmiş kreditlər üzrə 10 milyon rubla qədər vəsaitin silinməsi haqqında qanun imzalayıb.

Publika.az xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Səfərbər edilmiş hərbi qulluqçular (hərbi məktəblərin və ya universitetlərin kursantları istisna olmaqla), habelə hərbi xidmət keçməyən, lakin Ukraynada hərbi əməliyyat tapşırıqlarını yerinə yetirmək üçün 1 dekabrdan əvvəl bir il və ya daha çox müddətə hərbi xidmət müqaviləsi bağlamış digər vətəndaşlar kreditləri silmək hüququ əldə edəcəklər.

Söhbət 2024-cü il dekabrın 1-dək alınmış və artıq borcun alınması ilə bağlı məhkəmə aktı qanuni qüvvəyə minmiş və ya icra icraatı başlanmış kreditlər üzrə öhdəliklərin silinməsindən gedir.



Chosen
5
2
news24.az

4Sources