EN

COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunub

Bakı. Trend:

Bakıda tarixi qərar! COP29-da inkişaf etməkdə olan ölkələrin, ocümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərininsəbrsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətəbaşlamasını təmin edən qərar qəbul olunub. Bu, AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev tərəfindən iqlimdəyişmələrinin fəsadlarının kiçik ada ölkələrinə törətdiyiçətinliklərin həlli məsələsinin COP29 Sədrliyinin prioriteti kimimüəyyən edilməsinə uyğundur.

Trend xəbərverir ki, İtki və Zərər Fondunun (Loss and Damage Fund) yaradılmasıMisirdə keçirilmiş COP27 zamanı qərara alınmışdır. Fond iqlimdəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımıgöstərmək məqsədi daşıyır.

Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş COP28 zamanı Fondunfəaliyyətə başlaması ilə bağlı qərar qəbul olunmuşdur.

COP29 Sədrliyi İtki və Zərər Fondunun fəaliyyətinin təminedilməsi istiqamətində mühüm addımlar atmış, İdarə Heyəti və DünyaBankı ilə sıx əməkdaşlıq etmişdir. Cari ilin sentyabr ayında Fondunİdarə Heyətinin Bakıda keçirilmiş 3-cü iclası zamanı Fondunfəaliyyətə başlaması üçün vacib tədbirlər görülmüş, Fondun icraçıdirektoru vəzifəsinə İbrahima Şeyx Dionqun təyin edilmişdir.

COP29 çərçivəsində isə İtki və Zərər Fondu ilə bağlı bir sıramühüm sazişlər imzalanmışdır. Bunlar Fondun İdarə Heyəti ilə DünyaBankı arasında “Qəyyumluq Sazişi” və “Katibliyin Ev SahibliyiSazişi”, eləcə də Fondun İdarə Heyəti ilə ev sahibi ölkə olanFilippin Respublikası arasında imzalanmış “Ev Sahibi Ölkəyə dairSaziş”dir.

Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyi məbləği 731,15milyon ABŞ dollarından artıqdır.

Əldə edilən bu nailiyyətlərlə İtki və Zərər Fondu 2025-ci ildənetibarən layihələri maliyyələşdirə biləcək. Bu, Azərbaycanın COP29Sədrliyinin növbəti uğurudur.

Məqalədə:
Chosen
14
49
az.trend.az

10Sources