"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, "Fənərbaxça" ulduz futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə İngiltərənin "The SUn" nəşri məlumat yayıb.
İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo həmyerlisi ilə əlaqə saxlayıb. 39 yaşlı forvardın hansı cavabı verdiyi haqda məlumat yoxdur.
Qeyd edək ki, Kriştiano Ronaldo ötən ilin yanvar ayında "Əl-Nəsr"də çıxış edir. Portuqaliya millisinin üzvü bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçunun klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.
Rəşad Rafiqoğlu, Bizim.Media