Amerikalı sahibkar İlon Mask öz rekordunu geridə qoyub və yenidən dünyanın ən varlı adamı olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, X sahibi, Tesla və "SpeysX" şirkətlərinin rəhbərinin sərvəti 347,8 milyard dollara çatıb ki, bu da tarixi göstəricidir. Əvvəlki rekord da 2021-ci ildə Mask tərəfindən müəyyən edilib və 340,4 milyard dollar təşkil edib.