EN

İlon Mask öz rekordunu yenilədi,

Amerikalı sahibkar İlon Mask öz rekordunu yeniləyərək planetin ən zəngin şəxsi adını yenidən qazanıb.Metbuat.az xəbər verir ki, “Bloomberg” dünyanın ən varlı insanlarının yenilənmiş siyahısını təqdim edib. Maskın sərvəti 347,8 milyard dollar təşkil edərək tarixin ən yüksək həddinə çatıb.Qeyd edək ki, İlon Mask daha əvvəl 2021-ci ildə rekorda imza atmış, həmin vaxt onun sərvəti 340,4 milyard dollar olaraq qeydə alınmışdı.

Maskın ən yaxın rəqibi, “Amazon”un qurucusu Ceff Bezos isə 219 milyard dollar sərvətlə ikinci sırada qərarlaşıb.

Chosen
18
31
metbuat.az

10Sources