EN

Microsoft Windows 11-də skanerlərin "sındırılması" problemini təsdiqləyib

Microsoft Windows 11-də skanerlərin işləməsində problemlərin olduğunu təsdiqləyib və yeniləməni geri götürüb. Bu barədə "Neowin” portalı məlumat yayıb .

Problem Windows 11 əməliyyat sisteminin 24H2 versiyasında düzgün işləməyən eSCL protokolu ilə bağlıdır. Bu səbəbdən şirkət müvafiq yeniləməni bloklayıb.

Microsoft-un fikrincə, problemin səbəbi eSCL-dən sonra cihazların USB rejiminə keçə bilməməsidir.

"Windows 11 24H2 versiyasını quraşdırdıqdan sonra siz eSCL skan protokolunu dəstəkləyən USB cihazlarını aşkar etməkdə problemlə üzləşə bilərsiniz. Cihaz qoşulmuş USB cihazını aşkar etməyə bilər. Bu problem, ilk növbədə, USB-yə qoşulmuş MFP-lərə və ya skan etmə funksiyasını və eSCL protokolunu dəstəkləyən müstəqil skanerlərə aiddir”, -  Microsoft-un açıqlamasında bildirilir.

Gülnar

www.anews.az
Chosen
38
15
anews.az

10Sources