EN

Hava Yolları Şirkəti cərimələndi



Sputnik Qazaxıstanın "Lada" portalına istinadən xəbər verir ki,

Qazaxıstanın hava yolu şirkəti "Air Astana" cərimə edilib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, aviaşirkət uçuşu gecikdirdiyinə görə cərimə ödəməyə məcbur olunub.

Məlumata görə, Aktau hava limanına gedən sərnişinlər 15 saat uçuşlarını gözləyiblər və “Air Astana” qanuna uyğun olaraq gecikən uçuşa tam xidmət göstərməyib. Bundan sonra sərnişinlər nəqliyyat prokurorluğuna şikayət ediblər.

Yoxlama zamanı gecikmiş uçuşla bağlı göstərilən xidmətlərin qanunvericiliyə uyğun olmadığı təsdiqlənib. O cümlədən, sərnişinlərə otel, yemək, ana və uşaq otağı, eləcə də hava limanından şəhərə çatdırılma xidməti təklif edilməyib.

Prokuror “Air Astana” aviaşirkətini inzibati məsuliyyətə cəlb edərək, 1 milyon 846 min tenge cərimə kəsib.

Mehman Mehdiyev
Chosen
19
newscenter.az

1Sources