EN

ABŞ zürafələri nəsli kəsilməkdə olan heyvanlar siyahısına əlavə edəcək

ABŞ ilk dəfə zürafələri nəsli kəsilməkdə olan heyvanlar siyahısına salacaq.

Bu barədə "The Guardian" məlumat yayıb.

ABŞ Balıq və Vəhşi Təbiət Xidməti zürafələrin nəsli kəsilməkdə olan növlər siyahısına salınmasının brakonyerliyə son qoyacağına ümid edir. Qeyd olunur ki, ştatlarda zürafə dərisindən xalçalar, yastıq üzləri, ayaqqabılar, mebellər hazırlanır.

Qəzet Balıq və Vəhşi Təbiət Xidmətinin direktoru Marta Uilyamsdan sitat gətirib: “Zürafələrin federal mühafizəsi həssas növlərin qorunmasına, biomüxtəlifliyin qorunmasına, ekosistemin sağlamlığının dəstəklənməsinə, vəhşi təbiət alverinə qarşı mübarizəyə və davamlı iqtisadi təcrübələrin təşviqinə kömək edəcək”.

Chosen
17
aznews.az

1Sources