EN

İnkişaf etmiş ölkələr COP29-da tələbləri qarşılamaq üçün tədbirlər görməlidirlər

Bakıda təmiz enerjiyə keçidi maliyyələşdirmək üçün ‘iqlimin maliyyələşdirilməsi’ ilə bağlı danışıqlar hələ də davam etdiyindən belə görünür ki, COP29 prosesi inkişaf etmiş ölkələr tərəfindən öhdəliklərindən yayınmaq və iqlim dəyişikliyi ilə mübarizənin fasadını yaratmaq üçün istifadə edilir. Eyni zamanda daha yaşıl gələcəyə doğru əməkdaşlıq səylərini təşviq etməkdə COP29 Sədrliyinin səylərini sabotaj etməyə cəhd olunur.


Zəngin ölkələrdən gözlənilən təqribən 1 trilyon dollardan fərqli olaraq 250 milyard dollarlıq töhfə təklif etmək üçün “Maliyyə COP” adlanan tədbirin son gününə qədər gözləmək inkişaf etmiş ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə iradəsinin olmadığını və öhdəliklərinə son qoymaq cəhdini göstərir. İnkişaf etmiş ölkələr qlobal qaz emissiyalarına ən çox töhfə verənlər olduğundan, iqlimin maliyyələşdirilməsində məqsədlərə çatmaq və COP29-un Sədrliyinin iddialı təklifi ilə razılaşmaq onların məsuliyyətidir, bu barədə danışıqlar hələ də davam edir.
 

ABŞ-ın rolu iqlimin maliyyələşdirilməsində çox vacibdir, çünki onlar ən böyük qlobal qaz emissiya edən ölkələrdən biridir. Bununla belə, Bayden administrasiyası nəinki iqlimin maliyyələşdirilməsinə sadiq görünmür, həm də bu proses boyu Amerikanın dəstəyini göstərmək üçün siyasi iradəyə malik deyil. Aydındır ki, onların məqsədi qarşıdan gələn Tramp administrasiyası üçün daha çox problem yaratmaqdır və daxili dinamikalarının əhəmiyyətli qlobal qiymətə başa gəldiyi çox üzücü bir vəziyyətdir. Administrasiyanın öhdəliklərinin olmaması konqresmen Frenk Pallonun dünyanın gələcəyini yaxşılaşdırmaqdansa, ABŞ-dakı erməni lobbisi qarşısında öhdəliyi yerinə yetirməkdən daha çox maraqlanması Bakıya qısa və səmərəsiz səfərindən də aydın oldu.
 

Aİ-nin öhdəliksiz iştirakı həm də iqlim dəyişikliyi ilə mübarizədə kifayət qədər iradəsiz olduğu və daha böyük mənzərəyə baxa bilmədiyini göstərir. Qərb mediasında qarayaxma kampaniyası davam edir, Azərbaycanın qeyri-ambisiyalı iqlim maliyyələşdirməsi sövdələşməsinin hədəfinə çevrilir, halbuki, Qlobal Cənuba əhəmiyyətli iqlim maliyyəsi təmin etmək və razılaşdırmaq inkişaf etmiş ölkələrin məsuliyyətidir. Bu, Qərbin iqlim dəyişikliyi kimi qlobal problemləri daha çox maliyyələşdirməmək və Azərbaycanın COP29-da Sədrliyinə təxribat törətmək üçün necə siyasiləşdirdiyinin başqa bir nümunəsidir.
 

BMT rəsmiləri artıq Azərbaycanın COP29 prosesinə qüsursuz ev sahibliyi etməsini şərh etdilər. Bakıda keçirilən COP29-da müxtəlif Qərb media orqanlarının, eləcə də Amnesty İnternational və Human Rights Watch kimi QHT nümayəndələrinin iştirakı ilə Azərbaycanla bağlı miflər darmadağın edilir və vətəndaş cəmiyyətinin susdurulması iddialarının da yalan olduğu sübuta yetirilib. Təəssüf ki, Azərbaycandakı reallığı görsələr də, yenə də maliyyə fırıldaqçılarını “siyasi məhbus” adlandırmaq kimi əsassız iddiaları ilə qarayaxma kampaniyaları aparmağa və iqlimin maliyyələşdirilməsi danışıqlarını sabotaj etməyə sadiqdirlər.
 

Müəyyən dairələrin COP29-u boykot etmək cəhdləri də uğursuz oldu, çünki 70 000-dən çox iştirakçı qeydiyyatdan keçdi və 80-dən çox dövlət başçısı Bakıya gəldi.
 

Belə görünür ki, qarşıdan gələn Tramp administrasiyası ilə Braziliyadakı COP30 iqlim maliyyəsi baxımından ABŞ-dan heç bir öhdəlik görməyə bilər, beləliklə, COP29 inkişaf etmiş ölkələr üçün iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliklərini göstərmək üçün mükəmməl yerdir. Bu istiqamətdə maliyyəni artırmaq AB-yə üzv dövlətlər kimi inkişaf etmiş dövlətlərin üzərinə düşür.
 

İnkişaf etmiş ölkələrin iqlim dəyişikliyi ilə bağlı danışıqları siyasiləşdirərək COP29-da diskursları dəyişdirməyə çalışaraq qlobal cənuba görə məsuliyyətdən yayınmamaqla, öz hərəkətlərinə görə məsuliyyət götürmələrinin vaxtıdır. Onlar hələ də davam edən danışıqlarda COP29 Sədrliyi tərəfindən müəyyən edilmiş iddialı iqlim maliyyəsi məqsədlərinə cavab verməlidirlər.
 

Fuad Kərimli

İqtisadi və Sosial İnkişaf Mərkəzinin nümayəndəsi

Chosen
43
qht.az

1Sources