EN

100 yaşa qədər sağlam yaşamağın  "qızıl açarı"

100 100 yaşa qədər sağlam yaşamağın

Sağlam həyat vərdişləri ilə uzun və sağlam ömür sürmək mümkündür. Pəhriz, idman və yuxu vərdişləri ilə hər yaşda dinamik qalmaq mümkündür. 100 yaşa qədər yaşamağın sirri sağlam həyat tərzini gündəlik həyata daxil etməkdir.

E-saglam.az xəbər verir ki, düzgün qidalanma ömrü uzatmaqda ən təsirli faktorlar arasındadır. Mütəxəssislər, işlənməmiş qidalarla zəngin pəhrizləri tövsiyə edir. Tərəvəzlər, meyvələr, zeytun yağı, balıqlar və qoz-fındıq bu pəhrizə daxil edilməlidir.

Ömrü uzatmağa yardımçı qidalar:

Yarpaqlı göyərtilər və paxlalılar: Hüceyrə sağlamlığını dəstəkləyir.

Meyvələr: Yaşlanmaya qarşı qoruyur.

Bütün taxıllar: Bağırsaq və metabolizm üçün vacibdir.

Fındıq və toxumlar: Ürək sağlamlığını dəstəkləyir.

Mavi zona pəhrizi

Mavi Zona pəhrizi bitki əsaslıdır və 100 yaşa qədər yaşama ehtimalı yüksək olan bölgələrdə tətbiq olunur. Bu pəhrizdə tərəvəz, meyvə və taxıllar üstünlük təşkil edir, işlənmiş qidalardan uzaq durulur.

Sağlam həyat vərdişləri

Kalori qəbulu: Kalori qəbulunu azaltmaq ömrü uzada bilər.

Fiziki aktivlik: Fiziki fəaliyyət sağlam və uzun ömür üçün vacibdir.

Siqaret çəkməkdən çəkinin: Siqaret çəkmək ömrü 10 il qədər qısaldır.

Alkoqol istifadəsini məhdudlaşdırın: Alkoqol istehlakı ömürü qısaldır.

Sağlam yuxu: Gecə 7-8 saat yuxu ömrü uzadır, çox və ya az yatmaq risklidir.

Sağlam həyat vərdişləri ilə ömrünüzü uzada və 100 yaşa qədər sağlam qala bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
30
e-saglam.az

1Sources