"Tərəflər arasında 6.2 və 6.4-cü müddəalar üzrə razılıq beynəlxalq standartlara cavab verən mexanizmlərin formalaşmasını təşviq edəcək".
APA-nın xəbərinə görə, bu sözləri Braziliyanın ətraf mühit və iqlim naziri Marina Silva COP29-un yekun plenar iclasının birinci hissəsini şərh etdiyi mətbuat konfransında deyib.
O əlavə edib ki, 6.2 və 6.4-cü maddələrin mürəkkəbliyinə diqqət çəkib:
"Onlar son dərəcə mürəkkəb və yüksək texniki tələblərə malik olan müddəalardır. Eyni zamanda həmin maddələr əksər dövlətlərdə qəbul olunan qanunların önəmli aspektlərini özündə birləşdirir. Həm inkişaf etmiş, həm də həm də əksər ikişaf etməkdə olan ölkələr karbon bazarları yaratmaq ideyasına dəstək verib. Bu sahədə 9 illik müzakirələr xeyli vaxt alıb. həqiqətən uzun və çətin yol olub. İndi irəli atacağımız addımlar ekoloji tamlığa zəmin yaratmaqla, effektiv nəzarət və təftiş imkanlarına təkan verəcək".