EN

İsakın qolu elə qol imiş...

UEFA Millətlər Liqasının C liqasının 1-ci qrupunda İsveç və Azərbaycan yığmaları arasında keçirilən oyunda (6:0) VAR hakimlərinin nəticəyə təsir edən səhvə yol verdiyini etiraf edib.

Yəni ilk hissəyə artırılan 2-ci dəqiqədə isveçlilərin hücumçusu Aleksander İsakın vurduğu qolun ofsayd səbəbindən qeydə alınmamasının yanlış qərar olduğu təsdiqlənib. UEFA-nın həmin epizodla bağlı açıqlamasında ofsayd xəttinin düzgün çəkilmədiyi və bunun videoköməkçi hakimin səhvi olduğu bildirilib.

Xatırladaq ki, oyundan sonra İsak da qərarın doğru olmadığını vurğulamışdı. Əslində referi Pavel Raçkovski mərkəzi göstərmişdi. Sadəcə, videoyardımçılar – Pavel Malets və Daniel Stefanski onun qərarını dəyişdi. VAR və AVAR nədənsə belə hesab etdilər ki, İsak ofsayddadı.

Chosen
17
football-plus.az

1Sources