EN

Bu gün Bakıda mühüm addım atıldı - Nazir

Bu gün (ötən gün - red.) karbon bazarlarının yaradılması istiqamətində mühüm addım atıldı.
BUTA.TV xəbər verir ki, bu sözləri Braziliyanın ətraf mühit naziri Marina Silva COP29-un bağlanış plenar iclasının birinci hissəsinin yekunlarına dair mətbuat konfransında deyib. Nazir bildirib ki, Paris Sazişinin 6.2 və 6.4-cü bəndləri son dərəcə texniki və təfərrüatlıdır, həmçinin bir çox ölkələrin milli qanunvericiliyinin aspektlərini ehtiva edir. “Bu, heç vaxt sövdələşmə vasitəsi kimi görünmürdü: inkişaf etməkdə olan bir çox ölkələr də karbon bazarının yaradılmasını müdafiə edirdilər. Beləliklə, məsələ təkcə inkişaf etmiş ölkələrə aid deyildi, əksinə, xeyli sayda inkişaf etməkdə olan ölkə də bu təşəbbüsü dəstəklədi. Bu, həqiqətən uzun bir proses idi. Biz indi davamlı və ekoloji bütövlüyü təmin edən karbon bazarı yaratmaq üçün irəliləyə bilərik, bu, bizim əsas prioritetimizdir", - deyə Marina Silva qeyd edib.

Nazir, eyni zamanda vurğulayıb ki, maliyyə ilə əlaqədar öhdəliklərə sadiqlik məsuliyyəti olmalıdır. İnkişaf etməkdə olan ölkələr yoxsulluqla bağlı problemləri həll etmək üçün maliyyə mənbəyi tələb etmir. Ayrılan vəsait bu məsələyə hər nə qədər təsir göstərsə də, əsas məqsəd iqlim hadisələrinin qarşısını almaq üçündür.

Chosen
11
6
buta.tv

7Sources