EN

5,6 bal gücündə zəlzələ oldu

Tacikistanın şimalında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

News24.az BAKU.WS-a istinadən xəbər verir ki, Potsdam Geologiya Araşdırmaları Mərkəzi yeraltı təkanların episentrinin Qırğızıstanla sərhəd yaxınlığında, 10 km dərinlikdə yerləşdiyini bildirib.

Agentliyin məlumatına görə, zəlzələ Tacikistanın paytaxtında hiss olunmayıb və maqnituda ilə bağlı rəsmi məlumat hələ daxil olmayıb.

Qeyd olunub ki, qonşu Özbəkistanda və Qırğızıstanda da baş verən zəlzələnin təkanları hiss olunub. Yeraltı təkanlar Daşkənd, Fərqanə, Əndican və Namanqan vilayətlərində 2-3 bal gücündə hiss edilib, lakin tələfat və dağıntılar barədə məlumat verilməyib.





Chosen
46
news24.az

1Sources