Qlobal sağlamlıq meymunçiçəyi səbəbiylə fövqəladə vəziyyətdə qalır.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
O xatırladıb ki, mpox xəstəliyinin kütləvi şəkildə yayılması ilə əlaqədar fövqəladə vəziyyət avqustun 14-də elan edilib.
Hazırda xəstəlik Yer kürəsinin bütün coğrafiyasında geniş yayılmaqda davam edir.
Bundan əvvəl ABŞ -da ağır mpox ştammı ilə ilk yoluxma halı Kaliforniyada aşkar edilib.