EN

COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqləndi

BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ildə minimum 300 milyard ABŞ dolları məbləğində iqlim dəyişikliyi ilə mübarizə üzrə təklif olunan sazişin yekun variantı təsdiq edilib.

Publika.az xəbər verir ki, bu barədə COP29-un yekun plenar iclasının ikinci hissəsində bildirilib.

Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək azı 300 milyard ABŞ dollarına çatdırılması təmin olunacaq.

Bəyanat iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Chosen
11
23
publika.az

10Sources