EN

COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçdi

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) "Bakı maliyyələşmə məqsədi" (Baku Finance Goal) adlı yeni iqlim maliyyə meyarının yaradılması ilə bağlı sıçrayışlı konsensus əldə edilib.

Publika.az-ın COP29 saytına istinadən məlumatına görə, bu mexanizm 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdə iqlim layihələrinin inkişafı üçün hər il 1,3 trilyon ABŞ dollarının səfərbər edilməsini nəzərdə tutur.

Yeni hədəfin əsas hissəsi inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan dövlətlər üçün iqlim layihələrinə ildə ən azı 300 milyard dollar ayırmaq öhdəliyidir. Bu, əvvəlki 100 milyard dollarlıq hədəfdən üç dəfə çoxdur.

Diplomatiya ilinin Azərbaycanın himayəsi altında uğuru

Chosen
33
publika.az

1Sources