EN

Avropa Komissarı: "COP29 iqlim maliyyəsində yeni eranın başlanğıcı kimi xatırlanacaq"

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim maliyyəsində yeni eranın başlanğıcı kimi xatırlanacaq".

"Report" xəbər verir ki, bunu İqlim məsələləri üzrə Avropa Komissarı Vopke Hukstra COP29-un, Kyoto Protokolunun Tərəflərinin görüşünün (CMP19) və Paris Sazişi Tərəflərinin görüşünün (CMA6) bağlanış plenarında deyib.

O bildirib ki, hazırda dünya son dərəcə çətin geopolitik dövrdən keçir və belə zamanda vəziyyətin düzələcəyi ilə bağlı hissə qapılmaq doğru olmaz: "Belə bir məqamda yekun razılığa gəlmək çox böyük nailiyyətdir. Hər birimiz daha çox maliyyə təmin etmək üçün gərgin əmək sərf etdik. 100 milyard ABŞ dollarI hədəfini 3 dəfə artırdıq. Bu, daha real hədəfdir. Biz maliyyəni gələcəkdə artırmağı da qəbul edirik. İqlim qarşısında daha müdafiəsiz ölkələrə dəstək olmaq üçün çox çalışdıq və onların maliyyəyə əlçatanlığı təmin olunacaq".

Chosen
8
11
hakimiyyet.az

10Sources