EN

"Bundan başqa bizə nə lazımdır axı?" - Çingiz Əhmədovun oğlu

Tanınmış aktyor İbrahim Çingiz həyat yoldaşı Aydan Çingizin doğum günü ilə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, aktyor bir yerdə çəkdirdikləri fotonu paylaşaraq bunları yazıb:

"Mənim qolum, qanadım Aydanım. Səninlə nəfəs alırıq: mən və balaca Mehriban. Sənin kimi gözəl yaza bilməsəm də, ürəyimdə olanları çox yaxşı bilirsən. Bir arzum var həmişə birlikdə olaq və bir qocalaq,Yaxşı ki, varımsan. Əgər bu həyatı bir neçə dəfə yaşayırıqsa, əminliklə deyə bilərəm ki, mən sənin sayəndə ən yaxşı həyatımı yaşayıram. Sənin dəstəyini hər an, hər saniyə hiss edirəm. Mən də sənin bütün arzularını Allahın köməyi ilə həyata keçirəcəyəm. Doğum günün mübarək, nəfəsim".

Qeyd edək ki, İbrahim Çingiz Əməkdar artist Çingiz Əhmədovun oğludur.


Müəllif: Pərvin Cəfərova
Chosen
52
teleqraf.com

1Sources